Vəkil Fuad Ağayev iyunun 21-də MTN-in istintaq təcridxanasında bir gün qabaq həbs edilmiş Prezidentin işlər idarəsinin keçmiş müdiri Akif Muradverdiyevə baş çəkib. Ağayevin "Turan"a verdiyi məlumata görə, Muradverdiyev özünü təqsirsiz hesab edir. O, vəkilə saxlanmasının təfərrüatını danışıb. "İyunun 20-də səhər Muradverdiyev Moskvaya yolda düşməyə hazırlaşırmış. O, aeroportun təhlükəsizlik xidmətinin yoxlamasından, gömrük yoxlamasından və sərhəd yoxlamasından keçib. O, təyyarəyə miniyə gəldikdə mülki geyimli bir nəfər ona yaxınlaşıb və nəzakətlə ?bir işlə bağlı? yubanmağı və onunla gəlməyi xahiş edib. Muradverdiyevi bir otağa gətiriblər, amma girişdə ondan çantasını təslim etməyi xahiş ediblər. Daha sonra onu otağa dəvət ediblər və onunla söhbət etməyə başlayıblar. Sonra Muradverdiyevin çantasını otağa gətiriblər və içərisində nə olduğunu soruşublar. O, təxminən 1400 dollar, 900 manat pul, bank kartı və geyim əşyaları olduğunu deyib. Sonra onun yanında çantanı açıblar və geyimin altından içərisində qızıl sikkələr olan torba çıxarıblar. Aydındır ki, qızıl sikkələr Muradverdiyevin çantasına atılıb. Yoxsa onları nəzarət məntəqələrindən keçərkən aşkar edərdilər. Burada metal əşyaların aşkarlanması üçün diqqətli yoxlama həyata keçirilib?, deyə Ağayev bildirib. F.Ağayev hadisəylə bağlı "Azadlıq" radiosunu "İşdən sonra" proqramında isə deyib ki, Muradverdiyev onun çanrasından narkotik, silah yox, qızıl sikkə tapdıqları üçün əməliyyatçılara "təşəkkür etdiyini" bildirib. *** Prezident Administrasiyasının İşlər İdarəsinin sabiq müdiri Akif Muradverdiyevin evində axtarış başlayıb. Vəkil Fuad Ağayev Turana bildirib ki, Milli Təhlükəsizlik Nzirliyinin əməkdaşları ilk öncə Muradverdiyevin yaşadığı mənzilə gəlib. Lakin burada axtarıç aparmaq üçün hüququ əsasları olmadığından MTN əməkdaşları indiki anda Muradverdiyevin Rəsulzadə qəsəbəsində qeydiyyatda olduğu evə gəliblər. ?Yəqin ki, burada axtarışa başlahyacaqlar?, vəkil qeyd edib.