Rövnəq Abdullayev daha bir xarici zirkətin səhmlərini aldı
SOCAR Yunanıstanın təbii qaz nəqli sisteminin operatoru olan DESFA şirkətinin səhmlərinin 66%-nin satın alınması barədə bu ölkənin Əmlakın İdarə Edilməsi Fondu (HRADF/TAIPED) ilə prinsipial razılığın əldə olunduğu barədə məlumat yayıb.
"Qafqazinfo" SOCAR-ın rəsmi saytına istinadən xəbər verir ki, SOCAR və HRADF-ın məşvərətçi qrupları hazırda sazişin son texniki məsələləri üzərində işləyirlər.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib ki, DESFA-nın satın alınması haqqında qərar Yunanıstan və Azərbaycan arasında mövcud olan yüksək səviyyəli ikitərəfli münasibətlərin, həmçinin SOCAR və Yunanıstanın aparıcı enerji şirkətləri arasında əlaqələrin təzahürüdür. Xəzər regionunda təbii qaz kəmərləri sisteminin istismarı sahəsində böyük təcrübə qazanmış SOCAR Avropa İttifaqı ölkələrində bu tipli ilk layihədə Yunanıstanda fəaliyyətə başlamaq əzmindədir. SOCAR Yunanıstanda əməkdaşlığın gələcəyinə nikbin baxır?.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19