Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun rəhbərlik etdiyi Əmlak Məsələləri Dövlət Komitəsi ilə Vergilər Nazirliyi arasında məhkəmə qalmaqalı davam edir. Xatırladaq ki, bu ilin I rübündə Vergilər Nazirliyi Əmlak Məsələləri Dövlət Komitəsində yoxlama aparmaq qərarını verib. Daha doğrusu, bu nazirliyin Kommersiya Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi Əmlak Məsələləri Dövlət Komitəsində yoxlama qərarı verib: ?Lakin hansısa səbəbdən komitə rəhbərliyi bu qərarla razılaşmır. Bunun üçün də məhkəməyə üz tutaraq Vergilər Nazirliyi Kommersiya Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin bəzi qərarlarının ləğv edilməsinə çalışırlar. Mia.az-n məlumatına görə, ?Əmlak Məsələləri Dövlət Komitəsinin Vergilər Nazirliyinin adıçəkilən departamentinin qərarının ləğv edilməsi tələbinə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılıb. İş hazırda Bakı Apellyasiya Məhkəməsində davam edir: ?1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmənin qərarından verilən şikayət Bakı Apellyasiya Məhkəməsinin hakim Səriyyə Seyidovanın sədrliyi ilə araşdırılır. Hakim Səriyyə Seyidova icraatında olan bu iş üzrə iyulun 9-na iclas saatı təyin edib. Çox böyük ehtimala artıq 3 aydır qərar verə bilməyən hakim həmin günü qərarını açıqlayacaq?. Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.