Rusiya Azərbaycanı kütləvi silahlandırmağa başlayıb. Rusiyanın ?Vedomosti? saytının xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən olan mənbə məlumat verib. Mənbənin sözlərinə görə, söhbət üç batalyon (94 ədəd) T -90C tankından, təxminən üç batalyon (təxminən 100 ədəd) piyada döyüş maşınları BMP- 3, bir divizion (18 ədəd) özüyeriyən artilleriya ?Msta-C?, 1 divizion (18 işəsalma qurğuları) yaylım atəşinin reaktiv sistemləri olan ?Smerç?, 1 divizion (18 ədəd) ?Vena? özüyeriyən toplarından gedir. Mənbə Rusiya ilə Azərbaycan arasında bağlanan sazişin ümumi dəyərinin 700 milyon və yaxud təxminən 1 milyard dollar olduğunu bildirir(qafqazinfo).