Son günlər Misirdə baş verən kütləvi ixtişaşlarla əlaqədar Azərbaycanın
bu ölkədəki səfirliyində təhlükəli vəziyyət yaranıb. Publika.Az-ın
diplomatik mənbədən əldə etdiyi məlumata görə, hazırda Azərbaycanın
Misirdəki səfirliyində şəhərdaxili telefon xəttində də müəyyən
çətinliklər yaranıb. Belə ki, səfirliyin telefon xətti hazırda kəsilib.
Əlaqə yalnız mobil telefon vasitəsilə mümkündür.
Azərbaycanın
Misirdəki səfirliyinin müşaviri Hikmət Hacıyev isə hazırda səfirlikdə
telefon xəttinin kəsilməsi faktını təqsdiqləyib.
Xatırladaq ki,
Misir ordusu ölkə hakimiyyəti qarşısında ultimatum qoyub. Müdafiə naziri
bildirib ki, siyasətçilərin xalqın tələbini yerinə yetirmək üçün 48
saatı var. Əgər bu baş verməsə, hərbçilər ölkədə vəziyyət öz
nəzarətlərinə götürəcəkləri ilə hədələyirlər. Ölkədə vəziyyət partlayış
həddinə yaxındır. İri şəhərləri bürüyən iğtişaşlar nəticəsində ölənlərin
sayı 20-yə çatıb. 1000-ə yaxın yaralı var.
Qahirədə toqquşmalar
və talanlar baş verir. Kütlə Azadlıq və Ədalət partiyasının qərargahını
ələ keçirib. "Müsəlman qardaşları" hərəkatının qərargahlarından biri də
zəbt edilib. Əvvəlcə binanın pəncərələrinə yandırıcı maddə dolduruşmuş
butulkalar atılıb. Buna cavab olaraq, atəş açılıb. Daha sonra gənclər
qərargaha hücum ediblər və onu ələ keçiriblər. Sənədlər yandırılıb,
texniki avadanlıqlar sındırılıb, satılması və istifadəsi mümkün olan hər
şey daşınıb.
Misir prezidentinin istefası tələbi ilə 22 milyon
imza toplayan gənclər təşkilatının lideri Məhəmməd Mursiyə istefaya
getmək üçün mübarizə aparırlar. Ədliyyə, turizm, ekeologiya və rabitə
nazirləri artıq istefa veriblər.
Azərbaycanın Misirdəki səfirliyində təhlükəli vəziyyət yarandı
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50