Abşeron rayon İcra Hakmiyyətində növbəti qalmaqal baş verib. Mia.az AzNews.az-a istinadən xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcov şöbə müdiri Əli Baxşəliyevi vəzifəsindən azad edib: "Baxşəliyev Əli İsa oğlu icra hakimiyyətində mühüm bir şöbəyə- Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinə rəbərlik edirdi. İcra başçısının onu vəzifəsindən azad etməsinə səbəb işində ciddi nöqsanlara yol verməsi olub". Xatırladaq ki, təxminən 10 gün əvvəl icra başçısının müavini İradə Gülməmmədovanın göstərişi ilə YAP Abşeron rayon təşkilatının sədr müavini, rayon Mərkəzi Xəstəxanasının hüquqşünası və 45 saylı Abşeron Dairə Secki Komissiyasının katibi olan Hicran Əliyevə də 10 sutka cəza verilmişdi.