Nazirlər Kabineti ?Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAC) işçilərinin əməyinin ödənilməsi şərtlərinin və ştat sayının tənzimlənməsi haqqında" qərara dəyişiklik edib. Hökumətin qərarı ilə Azər TAC-ın ştat sayı artırılaraq 217-dən 221-ə çatdırlıb. Əlavə 4 ştat vahidinin saxlanılması xərcləri dövlət büdcəsində Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) üçün təsdiq edilmiş göstəricilərin müvafiq xərc maddələrində nəzərdə tutulmuş vəsait dairəsində həyata keçiriləcək. Qərarı baş nazir Artur Rəsizadə imzalayıb(aznews).