?Bakcell? ?Cin-Telekom?a kələk gəlib; Şirkət məhkəməyə verilib
?Bakcell LTD? daha bir şirkət tərəfindən məhkəməyə verilib. Bu dəfə isə ölkənin aparıcı mobil operatorlarından biri olan şirkət ?Cin-Telekom?a gələk gəlib. Daha dəqiqi, ?Cin-Telekom?un ?Bakcell?ə qarşı qaldırdığı iddia belə düşünməyə əsas verir.
Bu barədə mia.az-a daxil olan məlumata görə, ?Cin-Telekom? MMC-nin ?Bakcell?ə qarşı depozitin geri qaytarılmasından bəhs edən iddia ərizəsinə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmədə işə baxılıb. Lakin bu məhkəmə instansiyasının çıxardığı qətnamə mübahisəyə son qoymayıb və birinci məhkəmə instansiyasının qətnaməsindən apellyasiya şikayəti verilib.
Məlumata görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsindən verilmiş şikayətə hazırda Bakı Apellyasiya Məhkəməsində hakim Səriyyə Seyidovanın sədrliyi ilə baxılır: ?Apellyasiya şikayəti hakim Səriyyə Seyidovanın sədrliyi ilə icraata qəbul olunub, araşdırılır. Hakim şikayət üzrə aprel ayının 23-nə təyin etdiyi iclas saatını may ayının 14-nə təxirə salıb. Lakin hakim həmin günü də iş üzrə qərarını elan etməyib. Prosesi yenidən təxirə salıb?.
Məlumata görə, ?Bakcell LTD? ilə ?Cin-Telekom?un məhkəmə mübahisəsinə iyunun 4-də baxılacaq.
Yeri gəlmişkən, fakt üzrə ?Bakcell LTD? MMC-yə 4 sualdan ibarət sorğu göndərsək də, cavab ala bilmədik. Məhkəmə işi ilə bağlı ?Cin-Telekom?un da mövqeyini dərc etməyə hazırıq.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19