Ayaz Mütəllibov Milli Şuraya qarzı çıxır
Demokratik Qüvvələrin Milli Şurası təsis olunduqdan sonra müxtəlif siyasətçilərin və ictimai xadimlərin bu quruma münasibətini açıqlayır. Daha doğrusu, Milli Şuranın perspektiv fəaliyyəti ilə bağlı müxtəlif suallar səslənir.
Milli Şuraya eks-prezident Ayaz Mütəllibovun münasibətini öyrənməyə çalışdıq. Ayaz Mütəllibov sualımıza cavab olaraq yeni yaranan Milli Şura ilə bağlı fikir bildirmək istəmədiyini dedi.
Sabiq dövlət başçısı yalnız 1991-ci ildə mövcud olmuş Milli Şuranın fəliyyətindən söz açdı: ?Milli Şura mənim vaxtımda təşkil olunmuşdu, onun da nəticəsi hamıya məlumdur. Nə deyə bilərəm? Heç nə. Mənim vaxtımdakı Milli Şura şərti idi. Çünki orada əsasən keçmiş Ali Sovetin tərkibində qanunvericiliklə məşğul olmaq üçün biz bu Milli Şuranı 25-ə 25 nəfər olmaqla paritet əsaslarla yaratdıq. Ora Ali Sovetə seçilən deputatlar daxil idi. Onların başlıca vəzifəsi qanunvericiliklə məşğul olmaq, islahatlar aparmaq idi. Çünki yeni demokratik cümhuriyyətin qanunları yox idi. Ancaq əfsuslar olsun ki, Xalq Cəbhəsi bu şansdan istifadə edərək siyasətlə məşğul oldu. Yəni meydanlardan, küçələrdən getməli olsa da Ali Sovetin binasında yanlış mövqe tutdu. Ona görə də mənim Milli Şura haqqında təsəvvürlərim yumşaq desək, mənfidir?.
A.Mütəllibov ?Sizi indiki Milli Şuraya dəvət etsələr, üzvlük təklifini qəbul edərsinizmi? sualına ?xeyr, mən siyasətlə məşğul olmuram? cavabını verdi.
Eks-prezident Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun müxalifətin prezidentliyə vahid namizəd olmasına isə münasibət bildirmək istəmədi.
virtualaz.org
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08