Prezident İlham Əliyev iyunun 6-da 60 yaşı tamam olan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadəni təltif edib. Dövlət başçısının sərəncamına əsasən, A.N. Mollazadənin ?Şöhrət? ordeni ilə mükafatlandırılıb. Mia.az Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, o, bu yüksək mükafata Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə layiq görülüb.