?Facebook?da hökumətyönlü qruplar da bağlandı
Bu gün ?Facebook?da Azərbaycanın ən məşhur müxalifyönlü ?Xilas? və ?İstefa? qruplarının yoxa çıxması haqqında xəbər vermişdik. Qrupların hansı səbəbdən bağlanması haqda indiyə qədər heç bir məlumat yoxdur.
Müxalifyönlü qruplarla birgə hökumətyönlü ?Prezidentə dəstək ? 2013?, ?Azərbaycana baxış?, ?Azərbaycan 2013- Qələbə? qruplarının da naməlum şəraitdə və hələlik açıqlanmayan səbəblərdən bağlandığı haqda məlumatlar yayılıb.
Hər birinin 200-300 min üzvü olan bu qrupların bağlanması mediada geniş müzakirələrə səbəb olub. Mütəxəssislər qrupların səbəbsiz yerə bağlanması ilə bağlı şərhlər verirlər.
Qeyd edək ki, bunun kimlər tərəfindən və hansı səbəbdən həyata keçirildiyi məlum deyil (qafqazinfo.az).
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08