Azərbaycan Təkamül Partiyası ilə Vergilər Nazirliyi arasında borc qalmaqalı yaşanır. Bu barədə mia.az-a daxil olan məlumatda bildirilir ki, sözügedən nazirliyin tabeliyində olan Bakı şəhəri Vergilər Departamenti Təkamül Partiyasına hələlik məbləğini dəqiqləşdirə bilmədiyimiz borc hesablayıb: ?Partiya hesablanmış borcun ləğv edilməsi üçün məhkəməyə müraciət edib. Lakin 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəmə partiya rəhbərliyinin vergi borcunun ləğv edilməsi tələbini təmin etməyib. Bu səbəbdən qərardan apellyasiya şikayəti verib?. Məlumata görə, Azərbaycan Təkamül Partiyasının verdiyi şikayət Bakı Apellyasiya Məhkəməsində icraata qəbul olunub: ?Partiyanın şikayətinə bu məhkəmə instansiyasında hakim Ülvi Mayılovun sədrliyi ilə baxılır. Hakim iş üzrə may ayının 29-na təyin etdiyi iclas saatında şikayətə baxmayıb. Partiya ilə nazirliyin mübahisəsi iyunun 19-na təyin edilmiş prosesdə araşdırılacaq?. Tərəflərin mövqeyini də yaya bilərik.