DiN-dən isgəndər Həmidovla bağlı zübhəli açıqlama: "Bəlkə heç polisdə olmayıb?"
?Keçmiş daxili işlər naziri İsgəndər Həmidovun saxlanılması ilə bağlı bizdə heç bir məlumat yoxdur". Bu sözləri dünən polis tərəfindən gözləri bağlanaraq aparıldığı və az sonra isə eyni vəziyyətdə buraxılması ilə bağlı açqlama verən sabiq nazir İsgəndər Həmidovun sözlərinə cavab olaraq, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov deyib.
Mia.az hafta.az-a istinadən xəbər verir ki, DİN sözçüsü İ.Həmodovun polisdə olmasını da şübhə altına salıb: "İsgəndər Həmidovun polis tərəfindən saxlanılması barədə heç bir məlumatımız yoxdur. Bəlkə heç polisdə olmayıb? Bu barədə mətbuat xidmətinə heç bir məlumat verilməyib?.
Xatırladaq ki, keçmiş daxili işlər naziri 29 may tarixində saat 14:30-da maskalı şəxslər tərəfindən saxlanılıb. Elə həmin gün saat 18:20-də sərbəst buraxılıb. Keçmiş nazir və Bozqurd Partiyasının lideri gözlərini bağladıqları üçün saxlanıldığı yeri dəqiq bilmədiyini deyir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08