Prezident əmək pensiyası ilə bağlı sərəncam verdi; Aviasiya izçiləri isə mükafatlandırıldı
Bu gün prezident İlham Əliyev iki sərəncam imzalayıb. Prezidentin sərəncamına əsasən, ?Əmək pensiyaları haqqında? Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.
Mia.az xəbər verir ki, ?Əmək pensiyaları haqqında? Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ? 3, maddə 208, ?12, maddə 1019; 2007, ? 12, maddə 1194; 2008, ? 4, maddə 254, ? 6, maddə 464, ? 7, maddə 602, ? 8, maddələr 699, 710; 2009, ? 6, maddələr 395, 399, ? 11, maddələr 877, 879; 2010, ? 7, maddə 579; 2011, ? 4, maddə 267, ? 6, maddə 465, ? 7, maddə 597, ?12, maddə 1109; 2012, ? 11, maddələr 1037, 1044, həmçinin, Azərbaycan Respublikasının 2013-cü il 22 fevral tarixli 573-IVQD nömrəli Qanunu) aşağıdakı məzmunda 31.2-1-ci maddə əlavə edilib. Bundan əlavə, 31.2-1. Sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda, bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin olunub.
***
Prezidentin digər sərəncamı isə aviasiya işçiləri ilə bağlı olub. İlham Əliyev Azərbaycan mülki aviasiyasının 75 illiyi ilə əlaqədar olaraq, aviasiya sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif edib:
?Şöhrət? ordeni ilə:
İzmaylov Rafiq Burcəli oğlu
Zərbəliyev Tahir Semenoviç
"Tərəqqi" medalı ilə:
Abbasov Azər Abbas oğlu
Bağırova İrina Edemovna
Bidzinova Sima Məmməd qızı
Əkbərov Əkbər Gülbaba oğlu
Əliyev Çingiz Vladimiroviç
Əliyev Elxan Qurban oğlu
Əliyev Hacıağa Muxtar oğlu
Əli-zadə Aslan Muxtar oğlu
Hacıyev Elxan Hamlet oğlu
Qazıbəyov Fəxrəddin Rəşid oğlu
Quliyev Əlyəddin Xeyirbəy oğlu
Quliyev Səlim Cavad oğlu
Məmmədov Arif Əhməd oğlu
Mirzəyev Bala Müşgül oğlu
Musayev Əliyusif Həsən oğlu
Rublyov Serqey Yuryeviç
Səmədov Ədalət Soltan oğlu
Sultanov Valeriy Zeynatdinoviç.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08