islamçılar Milli Şuraya üz tutdu: "Orada təmsil olunuruq"
Azərbaycan İslam Partiyası Milli Şurada təmsil olunur. Məlumatı partiya sədrinin müavini Rövşən Əhmədli verib: ?Azərbaycanın aparıcı ictimai-siyasi təşkilatları, o cümlədən İslam Partiyası Milli Şuraya dəvət alıb. Biz Milli Şuranın yaradılması müzakirələrində bilavasitə iştirak etməsək də, orada təmsil olunuruq və bu quruma dəstək veririk?.
Mayın 28-də yaradılmış Demokratik Qüvvələrin Milli Şurasında müxalifət partiyaları, ziyalılar, vətəndaş cəmiyyəti öncülləri, inanclı kəsimin təmsilçiləri, gənc liderlər birləşib. Milli Şuranın tərkibi elan olunmayıb.
Qurumun yaradılması danışıqlarında əsas qüvvələr Ziyalılar Forumu, EL hərəkatı, Müsavat və Xalq Cəbhəsi partiyaları olub(Mediaforum).
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08