DiN-dən isgəndər Həmidovun həbsi ilə bağlı açıqlama gəldi; Sabiq nazir buraxıldı - YENiLƏNiB
Bu gün bəzi yerli KİV-lərdə Nərimanov rayonunda yerləşən Montin bağında sabiq daxili işlər naziri İsgəndər Həmidovunun tutulması ilə bağlı məlumatlar dərc olunub.
Mia.az xəbər verir ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən SalamNews-a bildirilib ki, İsgəndər Həmidovun polislər tərəfindən həbs olunması ilə bağlı araşdırma aparılır. Məlumatlar tam dəqiqləşdirildikdən sonra ictimiayyətə ətraflı məlumat veriləcək.
Xatırladaq ki, İsgəndər Həmidovu müşayiət edən Eldar Tağıyev deyib ki, "bozqurdçu? çayxanada oturub söhbət etdiyi vaxt onlara yaxınlaşan şəxslər, ?polis? qışqıraraq onları yerə yıxıb, İsgəndər Həmidovun isə qollarını buraraq maşına otuzdurublar. E.Tağıyev onların ya MTN-dən, ya da DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə idarəsindən olduqlarını ayırd edə bilmədiklərini deyib.
***
Bu gün saat 15 radələrində özlərini polis kimi təqdim edən şəxslər tərəfindən Nərimanov rayonunda yerləşən Montin bağında saxlanılan sabiq daxili işlər naziri İsgəndər Həmidov artıq sərbəs buraxılıb. Bu barədə musavat.com-a məlumatı hadisə vaxtı İsgəndər Həmidovu müşayiət edən Eldar Tağıyev verib.
E.Tağıyev bildirib ki, saat 18.20-də İ.Həmidov ona zəng edib və artıq sərbəst buraxıldığını bildirib. Sabiq nazir saxlandığı yerə, yəni Montin bağına aparıldığını bildirib və tərəfdarları xəbəri olan kimi həmin məkana yola düşüblər.
Əlavə məlumatlar olacaq.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08