Qırğızıstanın paytaxtı Bişkekdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin prezidentlərinin qeyri-rəsmi toplantısı keçiriləcək. Qazaxıstan, Rusiya, Qırğızıstan və Tacikistan prezidentlərinin iştirak edəcəyi toplantı mayın 28-də baş tutacaq. Görüşdə KTMT-nın sisteminin təkmilləşdirilməsi və 2014-cü ildə Əfqanıstandan Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin (İSAF) əsas hərbi kontinqentlərinin çıxarılmasına dair planlara qarşı çağırış və təhdidlərin qarşısını almaq məqsədilə tədbirlərin reallaşdırılması məsələləri müzakirə ediləcək.