Cənubi Qafqaz Forumunda iştirak etmək üçün Azərbaycanda səfərdə olan Gürcüstan prezidenti Mixail Saakaşvili bu gün prezident İlham Əliyevlə görüşüb. Prezidentlər Gürcüstan və Azərbaycan tərəflərinin birgə həyata keçirdikləri layihələrə diqqət ayırıblar. Dövlət başçısı İlham Əliyev Qars-Axalkalaki dəmiryolu tikintisini xüsusi olaraq vurğulayıb və bildirib ki, bu dəmiryolu hər iki ölkə üçün həlledici əhəmiyyət daşıyır.