Türkiyənin dövlət naziri Egemen Bağış Avropa Azərbaycan Cəmiyyətinin sədri, Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərovla görüşüb. Bu barədə dövlət naziri Egemen Bağış Tvitter hesabında yazıb və Tale Heydərovla fotosunu da paylaşıb. O bildirib ki, Avropa Azərbaycan Cəmiyyətinin İstanbuldakı nümayəndəliyinin açılış mərasimində Tale Heydərov və qonaqlarıyla bərabər idik. Qeyd edək ki, Taleh Heydərov Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə İlham Əliyev tərəfindən ?Tərəqqi? medalı ilə təltif edilib. qafqazinfo