Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Putinlə görüşqabağı jurnalistlərin suallarını cavablandırıb.
Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, Putinlə Suriya böhranını, əsasən də İdlibdəki gərginliyi müzakirə edəcəklərini deyib: "İdlibdə belə vəziyyət davam edərsə, nəticələri ağır ola bilər. Buna bir həll tapmaq lazımdır. Putinlə görüşdə Qarabağ məsələsini də müzakirə edəcəm. Ancaq əsas gündəm İdlib olacaq”.