Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ?Azərbaycan Respublikasının Konsul Nizamnaməsi?ndə dəyişiklik edilməsi barədə qanunu imzalayıb. Dəyişikliyə əsasən, bundan sonra Azərbaycanın konsulları Azərbaycan Respublikasının vətəndaşlarına pasportlarının vaxtını uzatmaq və bu pasportlarda dəyişikliklər etmək hüququndan məhrum edilir. Konsul Azərbaycan Respublikası vətəndaşlarına yalnız pasport vermək hüququna malikdir. İndiyədək konsul Azərbaycan Respublikası vətəndaşlarına pasport vermək, onların pasportlarının vaxtını uzatmaq və bu pasportlarda dəyişikliklər etmək hüququna malik idi. Qanun 2013-cü il sentyabrın 1-dən qüvvəyə minir(Femida.az).