Bu gün prezident İlham Əliyev Şamaxı rayonuna səfərə gəlib. MİA-nın məlumatına görə, dövlət başçısı əvvəlcə Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. Azərbaycan Prezidentinə Ulu Öndərin abidəsinin yerləşdiyi Heydər Əliyev Parkında yaradılan şərait barədə məlumat verilib. Bildirildi ki, parkda sakinlərin istirahəti üçün hərtərəfli şərait yaradılmış, geniş yaşıllıq zolaqları salınmış, uşaq-əyləncə guşələri qurulub.