Prezident onları ?Tərəqqi? medalı ilə təltif etdi
Su Təsərrüfatı Obyektlərinin Layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutunun əməkdaşlarının ?Tərəqqi? medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikasının prezidenti sərəncam imzalayıb. Sərəncamda deyilir. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycanda meliorasiya və su təsərrüfatı obyektlərinin layihələndirilməsi sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər ?Tərəqqi? medalı ilə təltif edilsinlər:
Hacıyev Arif Səlim oğlu
Həbibov Vilayət Məhəbbət oğlu
İsayev Rauk Məmməd oğlu
Qasımov Sabir İsgəndər oğlu
Sultanov Akif Qara oğlu.
Dövlət başçısının digər sərəncamı ilə Qaziyev Yusif Cəbrayıl oğlu və Paşayev Elbrus Paşa oğluna ?Əməkdar Mühəndis? fəxri adı verilib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08