Dünən Ermənistanda ?Çiçəklənən Ermənistan? partiyasının lideri, oliqarx Qaqik Çarukyanın təşəbbüsü ilə inşa olunan yeni kilsənin açılış mərasimi maraqlı görüntülərlə yadda qalıb. Ölkənin ikinci və üçüncü prezidentlərinin iştirak etdiyi mərasimə Belarus prezidenti Aleksandr Lukaşenko da qatılıb. Qonaqlar mərasimdə iştiraklarını başa vuran kimi ora toplaşan vətəndaşlar dərhal üzərində yemək çeşidləri düzülən stollara ?hücum çəkiblər?. Erməni mətbuatı yaranan mənzərəni ?Ac erməni xalqı Qaqik Çarukyanın yeməyinə necə hücum çəkdi?? başlığı ilə təqdim edib. http://www.youtube.com/watch?feature=player_embedded&v=YWhohvMx6cw