Prezident İlham Əliyev Avstriyadan Bakıya qayıdıb. MİA-nın məlumatına görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Prezidentini Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşılayıblar.