Həbsxanada məhkum xəstəlikdən öldü
Azərbaycanda daha bir məhkum ölümü baş verib. Nizami rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsində qeydə alınıb. Həmin müəssisədə müalicə alan, 1964-cü il təvəllüdlü Şagird İbrahim oğlu Osmanov xəstəlikdən dünyasını dəyişib. Mərhum şəkərli diabetdən əziyyət çəkirmiş.
Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, Ş. Osmanov ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilibmiş.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08