İctimai TV-nin sabiq baş direktoru İsmayıl Ömərov Azərbaycandan gedib. Bu barədə ?Qafqazinfo?ya İsmayıl Ömərovun yaxınları məlumat verib. Onlar bildirib ki, İTV-nin sabiq rəhbəri bir neçə gündür ki, ölkəni tərk edib. Onun xaricə müalicəyə getdiyi bildirilir. Qeyd edək ki, İTV-də ciddi maliyyə yoxlamalarının aparıldığı barədə məlumatlar da yayılıb. Xatrıladaq ki, İsmayıl Ömərov İTV-nin baş direktorluğuna üçüncü dəfə keçirilən müsabiqəyə namizədliyini verməməsi cəmiyyətdə birmənalı qarşılanmayıb. Bu situasiya onun vurulması kimi şərh olunur.