ibrahimbəyovla Eldəniz Quliyevin zok telefon danızığı yayıldı (yenilənib)
Bu günlərdə kinorejissor Rüstəm İbrahimbəyovla ?El? hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyev arasında telefon danışığı olub. Müxalifətdəki mənbədən Milli.Az-a bildiriblər ki, Rüstəm İbrahimbəyov Eldəniz Quliyevə zəng edərək əsəbini gizlədə bilməyib. Belə ki, Rüstəm İbrahimbəyov telefon danışığında "El" hərəkatının fəaliyyətindən narazılığını bildirib.
Telefon danışığı zamanı məlum olub ki, bu məsələ ilə bağlı Rüstəm İbrahimbəyov Eldəniz Quliyevə 100 min dollar məbləğində pul ayırıb. Bunun müqabilində "El" hərəkatı effektli fəaliyyət göstərməli idi. Mənbənin məlumatına görə, Rüstəm İbrahimbəyov telefon danışığında Eldəniz Quliyevə fəaliyyəti belə davam etdirəcəyi təqdirdə ikinci tranşı ayırmayacağını deyib.
?Bu o qədər qara və mənasız texnologiyadır ki, mən heç buna əsəbiləşmirəm də. Sadəcə məndə acı təəssüf doğurur?. Bu sözləri ?Qafqazinfo?ya açıqlamasında EL hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyev onunla Rüstəm İbrahimbəyov arasında olan telefon danışığına münasibət bildirərkən deyib.
Eldəniz Quliyev deyib: ?El hərəkatına, Milli Şuraya qarşı riyakar baxış kimə lazımdır? Belə bir danışıq olmayıb. Mən axırıncı dəfə Rüstəm İbrahimbəyovla 10-15 gün əvvəl danışmışam?.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08