Dünən prezident İlham Əliyevin medalla təltif etdiyi vəzifəli şəxslərdən biri az öncə təhsil naziri təyin olunmuş Mikayıl Cabbarovun qayınatasıdır. Bu barədə mia.az-a daxil olan məlumatda bildirilir ki, dünən Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi əməkdaşlarının təltif edilməsi haqqında Prezident İlham Əliyev sərəncam imzalayıb: ?Müəllif Hüquqları Agentliyinin 20 illiyi münasibətilə və müəllif hüquqlarının qorunmasında səmərəli fəaliyyətlərinə görə 4 nəfər təltif ediliblər. Onlardan biri - 3-cü dərəcəli ?Vətənə xidmətə görə? ordeni ilə təltif olunan Kamran İmanov həm Müəllif Hüquqları Agentliyinin direktoru, həm də yeni təhsil naziri Mikayıl Cabbarovun həyat yoldaşının atasıdır?.