Daxili işlər orqanlarında pillə-pillə yüksəlməyə doğru irəliləməkdə olan Sahib Mirzəyev yeni bir vəzifə ilə mükafatlandırıla bilər. Bakının Nizami, Nəsimi və digər rayon polis idarələrinin rəisi vəzifələrindən İnterpolun Azərbaycan Bürosunun rəhbəri vəzifəsinə, ordan da ölkənin ən böyük sənaye şəhəri olan Sumqayıta polis rəisi vəzifəsinə təyin edilən Sahib Mirzəyev Bakı şəhər Baş Polis İdarəsinin rəisi postuna hazırlanır. Mia.az Vətəninfo.az-a istinadən xəbər verir ki, S.Mirzəyevin yeni təyinatının reallaşması an məsələsidir: "Məlumatda o da vurğulanır ki, həm ölkə rəhbərliyi, həm də daxili işlər naziri Ramil Usubov S.Mirzəyevin fəaliyyətindən razıdır. S.Mirzəyevin Sumqayıta rəis təyin olunması Bakı şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsinə gətirilməsi üçün tranplin rolunu oynayır".