BMT Azərbaycan hökumətinə 6 ay vaxt verdi: "Azadlıq, məhkəmə, vəzifə, korrupsiya..."
BMT Azərbaycan hökumətinə sərbəst toplaşmaq azadlığının təmini, yetkinlik yaşına çatmayanlar üçün ayrıca məhkəmə strukturunun yaradılması, qadınların rəhbər vəzifələrdə təmsilçiliyinin artırılması, korrupsiya ilə mübarizənin davam etdirilməsi, təhsilə qoyulan sərmayənin artırılmasını tövsiyə edib.
Bu, dünən BMT İnsan Haqları Şurasının Cenevrə toplantısında Azərbaycana dair Ümumi Dövri Hesabat müzakirə olunarkən ortaya çıxıb. Müzakirələrdə dövlətimizi xarici işlər nazirinin müavini Xələf Xələfovun başçı olduğu nümayəndə heyəti təmsil edib. Müzakirəyə həm Azərbaycan hökumətinin, həm də şuranın hesabatı çıxarılıb, Azərbaycanda söz və mətbuat azadlığının vəziyyəti, siyasi fəalların həbsi, QHT-lərin qeydiyyatı, seçki prosedurları, müstəqil məhkəmə hakimiyyəti, sərbəst toplaşmaq azadlığı, din azadlığı məsələlərinə də toxunulub.
Azərbaycan hökuməti toplantıdakı tövsiyələri qəbul edib-etməməsi qərarını yaxın 6 ayda verməlidir(apa).
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08