Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü İsmayıl Hacıyev AMEA-nın Naxçıvan Bölməsinin sədri vəzifəsinə təsdiq edilib. Mia.az akademiyanın rəsmi saytına istinadən bildirir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov İsmayıl Hacıyevin Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin sədri vəzifəsinə təsdiq edilməsi haqqında sərəncam verib. Xatırladaq ki, aprelin 24-də AMEA-nın prezidenti və Rəyasət Heyətinin yeni üzvləri seçilib.