Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyeva Milli Məclisə (MM) Amnistiya Aktı layihəsi təqdim edib. Bu barədə MM-in Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynli rəhbəri olduğu Komitənin və İnsan haqları Komitəsinin birgə iclasında məlumat verib. Layihədə amnistiyanın 9 min nəfərə şamil edilməsi ehtimal edilir. Əgər layihə qəbul olunarsa, həmin şəxslərdən 2000 nəfəri azadlıqdan məhrum edilənlərə şamil ediləcək ki, onlar azadlığa çıxacaqlar. Femida.az