[b]AMEA-nın vitse-prezidenti Arif Haşımov da dəyişikliklərdən sonra postunu itirib[/b] Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin yeni tərkibi məlum olub. Maraqlıdır ki, yeni siyahıda akademik Cəlal Əliyevin adı yoxdur. AMEA RH üzvləri 13 nəfərdən ibarət olmalıdır. AMEA-nın dünən keçirilən illik ümumi yığıncağından sonra RH-nin əvvəlki strukturunda təmsil olunan 6 üzvü yeni RH-də təmsil olunmayıb. AMEA Rəyasət Heyətinin yeni və köhnə siyahısı belədir: AMEA Rəyasət Heyətinin yeni siyahısı 1. Akif Əlizadə - AMEA prezidenti 2. Akif Hacıyev - vitse-prezident 3. İbrahim Quliyev - vitse-prezident 4. İsa Həbibbəyli - vitse-prezident 5. Tofiq Nağıyev - vitse-prezident 6. Rasim Əliquliyev - akademik-katib 7. Akif Hacıyev - hələlik Fizika-riyaziyyat və texnika Elmləri Bölməsinin akademik-katibi vəzifəsini də icra edir. 8. Dilqəm Tağıyev - Kimya Elmləri Bölməsinin akademik-katibi 9. Fəxrəddin Qədirov - Yer Haqqında Elmlər Bölməsinin akademik-katibi 10. Əhliman Əmiraslanov - Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi 11. Kamal Abdullayev - Humanitar və ictimai elmlər bölməsinin akademik-katibi 12. Qərib Məmmədov - Aqrar Elmlər bölməsinin akademik-katibi 13. İsmayıl Hacıyev - AMEA-nın Naxçıvan Bölməsinin sədri AMEA RH-nin əvvəlki siyahısı 1. Akif Əlizadə 2. Arif Həşimov 3. Nailə Vəlixanlı 4. Vaqif Fərzəliev 5. Cəlal Əliyev 6. Akif Hacıyev 7. Nadir Seyidov 8. Arif İsmayılzadə 9. Əhliman Əmiraslanov 10. Kamal Abdullayev 11. Qərib Məmmədov 12. İsmayıl Hacıyev 13. Tofiq Nağıyev Onu da qeyd edək ki, AMEA-nın vitse-prezidenti Arif Haşımov da dəyişikliklərdən sonra postunu itirib.