ilham Əliyev daha bir sərəncam verdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ?Sənaye parkları haqqında Nümunəvi Əsasnamə?nin təsdiqi barədə fərman imzalayıb. Mia.az AzərTAc-a istinadən xəbər verir ki, Prezident Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıb:
1. ?Sənaye parkları haqqında Nümunəvi Əsasnamə? təsdiq edilsin (əlavə olunur).
2. Müəyyən edilsin ki, ?Sənaye parkları haqqında Nümunəvi Əsasnamə?də ?səlahiyyətli orqan? dedikdə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi nəzərdə tutulur.
3. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi:
3.1. ?Sənaye parkları haqqında Nümunəvi Əsasnamə?nin 4.3-cü bəndinin ikinci cümləsində, 7.1.6-cı, 7.1.17-ci yarımbəndlərində, 9.2-ci bəndinin birinci cümləsində,
9.3-cü bəndinin ikinci cümləsində, 9.6.6-cı yarımbəndində, 9.7-ci bəndində, 9.10-cu bəndinin birinci və üçüncü cümlələrində, 9.11-ci və 13.3-cü bəndlərində nəzərdə tutulmuş aktları qəbul etsin;
3.2. ?Sənaye parkları haqqında Nümunəvi Əsasnamə?dən irəli gələn digər funksiyaları həyata keçirsin".
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08