;n Azərbaycan Nəqliyyat Nazirliyinin ?Azəryolservis? ASC tərəfindən Bakı-Quba yolunun 161-ci km-də yeni müasir tipli körpü inşa olunaraq istifadəyə verilib. Bu barədə APA-ya ?Azəryolservis?in mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib. Onun sözlərinə görə, yeni dördzolaqlı körpü Ağçay çayı üzərindən inşa olunub ki, onun uzunluğu 84 metr, qabariti 21,5 metr təşkil edir: ?Köhnə körpü yarasız hala düşdüyündən, yeni müasir tipli körpünün tikilməsi qərara alınmışdır ki, ötən ilin dekabr ayında yeni körpünün inşasına başlanılıb və körpü 4 aya tikilərək istifadəyə verilib. Yeni körpü 3 aşırımlıdır. Bununla yanaşı, 700 metr sahil bərkitmə işləri aparılıb və baraj bəndi quraşdırılıb. Bu da körpünün aşırımlarını su yuyulmasından qoruyacaq?. Qeyd edək ki, yeni körpünün açılış mərasimində ?Azəryolservis? ASC-nin sədrinin müavini Şaiq Bilalov, Quba rayonunun İcra Hakimiyyətinin rəsmiləri və rayon ictimaiyyəti iştirak edib. Xatırladaq ki, Bakı-Quba yolunun 161-ci km-dəki köhnə körpü 1973-cü ildə istifadəyə verilib. Köhnə körpü iki zolaqlı olub, onun uzunluğu 73,5 metr, eni isə 8 metr təşkil edib.