Prezident İlham Əliyev daha bir xəstəxana haqda sərəncam verdi. Sərəncamda Qobustan Mərkəzi Rayon Xəstəxanasının 50 çarpayılıq yeni binasının tikilməsi üçün Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ilkin olaraq 1,0 (bir) milyon manat ayrılması nəzərdə tutulur.