Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilən təhsil naziri Misir Mərdanov Moderator.az-a eksklüziv müsahibə verib. Sabiq nazir müsahibəsində vəzifəsindən getmə səbəbləri və gələcək fəaliyyətinə dair sualları cavablandırıb. Mia.az müsahibəni olduğu kimi təqdim edir: [b]- Misir müəllim, istefaya göndərilməniz sizin üçün gözlənilməz oldu?[/b] - Naziri vəzifəyə təyin edən də, vəziifədən azad edən cənab prezidentdir. Prezidentin bu qərarına hörmətlə yanaşdım. Ona şərh vermək doğru olmaz. [b] - Yeni iş təklifi gözləyirsinizmi, ya istirahətə gedirsiz?[/b] - Yeni iş təklifi almışam və bunu qəbul etmişəm. Yaxın günlərdə yeni işimdə məni görəcəksiniz. [b]- Yeni təhsil nazirini tanıyırsınızmı?[/b] - Bəli tanıyıram. Cavan oğlandır. Bizim Universiteti bitirib. [b] - Onun təhsil islahatları aparacağına dair fikirlərə necə baxırsınız? Misir Mərdanovun təshildə həll edə bilmədiyi problemləri gənc bir adam bacaracaqmı? Ümumuyyətlə, təhsildə islahatlar mümkündürmü?[/b] - Azərbaycan təhsilində islahatlar olub və olacaq da. Biz təhsilimizi müasir səviyyəyə çatdırmışıq. Yeni nazirin işinə gəlincə, mən ona uğurlar arzu edirəm.