[/center] Mia.az-ın xəbərinə görə, tanınmış hüquqşünas Qurban Məmmədov sosial şəbəkədə yeni nazirin Nyu-York şəhər Vəkillər kollegiyası üzvü olmasının qanunla doğru olmadığını deyib: ?Azərbaycan Vəkillər kollegiyasının üzvü olmayan adam, vəkillik fəaliyyəti göstərməyən adam Nyu-York Vəkillər kollegiyasının üzvü necə ola bilər? Bunu yazanda heç düşünürsünüzmü ki, Amerika vətəndaşı olmayan, Amerikada rəsmi vəkil statusu əldə etməyən bir adam Nyu-York şəhərinin vəkillər kollegiyasının üzvü necə ola bilər? Hər hansı Amerikalı vəkil Azərbaycanda vəkillik edə bilərmi və ya Amerika vətəndaşı Azərbaycan Vəkillər Kollegiyasının üzvü ola bilərmi? Bilməyənlər üçün deyirəm: yox, bu, qanunla qadağandır. Bəs onda Azərbaycanlı hüquqşünas (öz ölkəsində rəsmi vəkil statusu olmaya-olmaya) necə Nyu-Yorkda vəkil ola bilər??. Qurban Məmmədov onu da bildirib ki, belə əsassız məsələlərlə ictimai rəyi ?azdırmaq? yolverilməzdir.