Komitə sədri təriqətlərlə danızıqlar aparıb; Elzad isgəndərov dindarların ayağına gedib
u gün Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Elşad İskəndərov Şamaxıda vətəndaşlarla görüş keçirib. Görüşə Şamaxı ilə yanaşı, Şirvan regionunun digər rayonlarından olan sakinlər də qatılıb. DQİDK-nın sədri görüşə gəlmiş vətəndaşları narahat edən məsələləri dinləyib, təkliflər barəsində birgə fikir mübadiləsi aparılıb. Görüşdə dindarlar Dövlət Komitəsinin sədri ilə əsasən ibadətgahların, dini icmaların və məscidlərin qeydiyyatı məsələsi barədə söhbət aparıblar.
DQİDK-nın sədri Elşad İskəndərov jurnalistlərə açıqlamasında vətəndaşları narahat edən bütün məsələlərin tezliklə həll ediləcəyini bildirib. O, həmçinin Şirvan regionunda yaşayan din xadimlərinin, dini icmaların təşkilatçılığını yüksək qiymətləndirib. Sonda vətəndaşlar tərəfindən edilən müraciətlərin həlli istiqamətində tapşırıq və tövsiyələr verilib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08