Azərbaycan Prezidenti İlham Əliyev təhsil naziri Misir Mərdanovun işdən azad edilməsi ilə bağlı sərəncam imzalayıb. MİA-nın AzərTAc-a istinadən verdiyi xəbərə əsasən, sərəncamda deyilir: ?Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram: Misir Cumayıl oğlu Mərdanov Azərbaycan Respublikasının təhsil naziri vəzifəsindən azad edilsin?. Digər bir sərəncamla dövlət başçısı Mikayıl Cabbarovu təhsil naziri təyin edib. Sərəncamda deyilir: ?Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram: Mikayıl Çingiz oğlu Cabbarov Azərbaycan Respublikasının təhsil naziri təyin edilsin?.