Prezident İlham Əliyev Qırmızı qəsəbə dağ yəhudiləri dini icmasının sədri Boris Simanduyevə orden verdi. Mia.az-ın xəbərinə görə, o, xalqlar arasında dostluq münasibətlərinin inkişafındakı səmərəli fəaliyyətinə görə ?Şöhrət? ordeni ilə təltif edilib. Azərbaycan Respublikası Prezidentinin digər sərəncamı isə Sabirabad rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında olub. Mia.az-ın xəbərinə görə, dövlət başçısı İlham Əliyev Sabirabad şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi və ?Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı?nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədi ilə Sabirabad Rayon İcra Hakimiyyətinə 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 1,0 (bir) milyon manat vəsait ayırıb.