[/center] Məlumata görə, , Aydın Əliyevin Vüsal Novruzova qarşı qəzəbi təkcə onun komitə sədri postuna iddialı olması ilə bağlı yayılan xəbərlər deyil: ?Komitə sədrinə Vüsal Novruzovun onun barəsində xoşagəlməz ifadələr işlətməsi barədə kimlərsə məlumatlar çatdırıb. Guya Vüsal Novruzov deyib ki, Aydın Əliyev ömrüboyu köməkçi vəzifəsi hissindən və iddiasından uzaqlaşa bilməyib. Bu zaman isə onun Aydın Əliyevin vaxtı ilə ədliyyə nazirinin köməkçisi işləməsinə və Kəmaləddin Heydərovun yanında qorxaq davranışları ilə köməkçi funksiyası yerinə yetirməsinə işarə vurduğu irəli sürülür. Deyilənə görə, bu da Aydın Əliyevin idarə rəisinə qarşı qəzəbini artırıb. Ancaq yuxarıda deyildiyi kimi, Vüsal Novruzovun Kəmaləddin Heydərova ?söykənməsi? komitə sədrinin kəskin qərar verməsini əngəlləyir?.