Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin keçmiş rəisi Arif Qaraşova yaxın zamanlarda yeni vəzifə veriləcək. Bildirilir ki, keçmiş xidmət rəisi Bakının Yasamal rayon icra hakimiyyətinin başçısı vəzifəsinə təyinat alacaq. Yasamalın icra başçısı İbrahim Mehdiyev isə başqa posta təyinat alacaq. Xəbərə aydınlıq gətirmək üçün Arif Qaraşovla əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı. Qeyd edək ki, bir neçə il əvvəl Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi vəzifəsindən azad olunan Arif Qaraşov yeni işə təyinat almasa da əksər ?vurulan? məmurlardan fərqli olaraq, onun biznesinə toxunulmayıb. Belə ki, Bakıda iri biznes strukturlarında payı olan Arif Qaraşov həm də paytaxtın məhşul klinikalarından olan ?Medical Plaza?nın sahibidir. Onun qardaşı Taleh Qaraşov isə əvvəlcə Kürdəmir rayonunun icra başçısı olub, hazırda Lənkəran rayonuna rəhbərlik edir(bizimyol).