Müdafiə Nazirliyinə məxsus hərbi hissədə əsgər yaralanıb. Hadisə Goranboy rayonunda, cəbhə xəttində yerləşən hərbi hissədə qeydə alınıb. Əsgər Samir Əliyev silahı təmizləyərkən ehtiyatsızlıqdan atəş açılıb. Nəticədə 1993-cü il təvəllüdlü əsgər Toğrul Abdullazadə güllə yarası alıb. Əsgərin hərbi hospitala yerləşdirildiyi bildirlir.