Müdafiə Nazirliyi: Cəbhədə vəziyyət gərgindir
Cəbhədə vəziyyət gərgin olaraq qalır. Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistanın Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.
Ağdam rayonunun işğal olunmuş Mərzili, Sarıcalı və Kəngərli, Tərtər rayonunun Çiləbürt, Qızıl Oba, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında, Goranboy və Xocavənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08