Bu gün Azərbaycanda iki zəlzələ olub. Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, birinci zəlzələ saat 12:32-də Nardarandan 48 km şimal-şərqdə Xəzər dənizində qeydə alınıb. Zəlzələ hiss olunmayıb. İkinci zəlzələ isə saat 12:46-da Mingəçevir şəhərindən 15 km cənubda qeydə alınıb(ans). Dağıntı və tələfat yoxdur.