Hərbi hissədə əsgərimiz qətlə yetirilib
Azərbaycan milli ordusunun Yevlaxda yerləşən N saylı hərbi hissəsində daha bir əsgərimiz güllələnib. Cəlilabad Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılan 1994-cü il təvəllüdlü Miriyev Elvin Fikrət oğlu aldığı güllə yarasından həlak olub. Bu barədə redaksiyamıza mərhum əsgərin yaxın qohumlarından biri məlumat verib. Mənbə bildirir ki, bu gecə əsgərin cənazəsi Cəlilabada gətirilərək ailə üzvlərinə təhvil veriləcək. Qətlin səbəbləri barədə ətraflı məlumat verilmir.
Qeyd edək ki, son aylar ərzində onlarla əsgər müəmmalı şəkildə qətlə yetirilib, bu qətllərə etiraz əlaməti olaraq ölkənin fəal gəncləri ?Əsgər ölümünə son? şüarı ilə aksiyalar keçiriblər.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08