Azərbaycan prezidenti İlham Əliyev xalq yazıçısı Anarın ?Şərəf? ordeni ilə təltif edilməsi barədə sərəncam imzalayıb. Mia.az Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, bu gün 75 yaşı tamam olan xalq yazıçısı Anar Prezident İlham Əliyevin sərəncamı ilə ordenlə təltif edilib. O, Azərbaycan mədəniyyətinin təbliğində xüsusi xidmətlərinə görə qiymətləndirilib. Qeyd edək ki, bu gün prezident İlham Əliyev Rəhim Nürməmməd oğlu Rəhimovun da ?Şöhrət? ordeni ilə təltif edilməsi haqqında da sərəncam imzalayıb. Prezident Azərbaycanda tibb elminin inkişafındakı xidmətlərinə görə Rəhim Nurməmməd oğlu Rəhimov təltif edib.