Avropa Məhkəməsi Azərbaycan hökumətini cərimələdi. Bu gün Avropa İnsan Haqları Məhkəməsi sabiq səhiyyə naziri Əli İnsanovun şikəyəti üzrə qərar çıxarıb. Ə.İnsanovun barəsində ədalətsiz hökm çıxarılması və işgəncələrə məruz qalması sübuta yetirilib. Bu səbəbdən Avropa Məhkəməsi Azərbaycan hökumətinin 10 min avro cərimə ödəməsi ilə bağlı qərar çıxarıb.